Etiraz aksiyasına görə heç bir məmur cəzalandırılmayıb - Rəsmi + Yenilənib

etiraz-aksiyasina-gore-hec-bir-memur-cezalandirilmayib
Oxunma sayı: 18868

Bakıda yük maşınlarının etiraz edərək yolu bağlamasına görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin şöbə rəisi işdən çıxarılıb.

“Qafqazinfo” Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iclas keçirib.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Rəşad Nəbiyev insidentə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

***

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən yolu bağlayan yük avtomobillərinə görə heç kimin işdən çıxarılmadığı bildirilib. 

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, yayılan xəbər həqiqəti əks etdirmir: “Nə Xidmətin rəisi Anar Rzayevə xəbərdarlıq edilib, nə də qurumun şöbə müdiri Malik Əliyev işdən çıxarılıb”.

Həmçinin oxuyun: Etiraz etdikləri məmurların adını maşınlara yazdılar - Video

Bakıda yük avtomobilləri yolu bağladı - Fotolar