Rusiyada rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmədyarov da “Evrovision-2013”də Azərbaycandan bu ölkəyə heç bir səsin verilməməsinə aydınlıq gətirib.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Məmmədyarov bildirib ki, teleekranda Azərbaycan tamaşaçılarının Rusiyaya verdiyi ballar görünəndə şok geçirməmək mümkünsüz idi: “Nəinki tamaşaçılar, eləcə də Avropa Yayım Birliyininin partnyoru olan Azərbaycanın İctimai Televiziyası da səsvermənin nəticələrindən çox təəccübləndilər. Səhərdən etibarən artıq bu məsələnin detalları araşdırılmağa başlanılıb. İTV-nin şübhələnməyə əsası var idi, belə ki, onlar tərəfindən aparılan sorğu sübut edir ki, efirdə səsləndirilən qiymət ictimaiyyətin rəyi ilə üst-üstə düşmür. Müvafiq məsələ ilə bağlı məhkəmə sms səsvermənin nəticələrini əldə etməklə bağlı qərar çıxarıb. Ölkənin mobil operatorları qərara uyğun olaraq bu faktları təqdim etdilər. Bax onlar buradadır, mənim əlimdə. Mən onları səsləndirmək istərdim.
Azercell şirkətinin təqdim etdiyi faktlara əsasən, səslər aşağıdakı şəkildə paylaşılıb: Ukrayna -7893, Rusiya 1677 və s.
Bakcellin təqdim etdiyi: Ukrayna -408, Rusiya -380.
Və nəhayət Narmobile: Ukrayna – 193, Rusiya – 112.
Gördüyünüz kimi tamaşaçıların qiyməti yüksəkdir, Rusiya bütün faktlar üzrə ikincidir. Bəs onlar hara yoxa çıxdılar?
Bu sual artıq İTV-yədir, daha sonra onlar bunu araşdırmalıdırlar”.
Son xəbərlər
Son Xəbərlər