“Evdə tək”in çəkildiyi villa 9 milyona satışa çıxarıldı

evde-tekin-cekildiyi-villa-9-milyona-satisa-cixarildi
Oxunma sayı: 2779

Məşhur “Evdə tək” filminin çəkildiyi villa satışa çıxarılıb.

“Qafqazinfo” “Zillow” daşınmaz əmlak saytına istinadən xəbər verir ki, mülk alıcılara 5,25 milyon dollara (8 925 000 AZN) təklif olunur.

Elan mayın 24-də yerləşdirilib və artıq 500 mindən çox baxılıb.

Qeyd edək ki, İllinoys ştatında yerləşən ev 1921-ci ildə tikilib. Burada 5 yataq və 6 vanna otağı, iki camaşırxana, trenajor zalı, özəl kinoteatr və üstüörtülü idman meydançası var.