Evinin qarşısında oynayan məktəblini maşın vurub öldürdü - Foto

evinin-qarsisinda-oynayan-mekteblini-masin-vurub-oldurdu
Oxunma sayı: 10080

Ötən gün Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə evinin qarşısında oynayan 2013-cü il təvəllüdlü Nəcəfzadə Kənan Elnur oğlunu vurub. Azyaşlı xəstəxanaya çatdırılsa da, onun keçindiyi məlum olub.

Qeyd edək ki, Nəcəfzadə Kənan 2-ci sinif şagirdi olub.

Emin Səfərov