“Toylara çox baha getmirəm, məndən də baha gedənlər var. Xalqın vəziyyətini həmişə nəzərə almışam. Məclislərə yüksək qiymətə getməyə can atmamışam”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında əməkdar artist Mətanət İsgəndərli bildirib.
Müğənni qeyd edib ki, indi hər şeyi qənaətlə istifadə edir:
“Zəng vuran şəxsə sual vermişəm ki, imkanın nəyə çatır? Adam elədiyini deməz, amma çox vaxt gedib pulsuz oxuyuram. Bütün toyu yox, yarım saat gedib oxuyub gəlmişəm. Toyu idarə etdiyim də olub. Dünyada ən zövq aldığım şey yaxşılıq etməyimdir.
Yaxşılıq elə bir şeydir ki, onu elə at dənizə. Balıq bilməsə də, xaliq bilər. İndi toylar yox dərəcəsindədir. Evdə el birliyi ilə hər şeyə qənaət edirik. Hər şeyi qənaətlə işlədirik. Hətta suyu belə... Əvvəllər bahalı su alıb içirdim, indi ucuzlu su alıb içirəm”.
Son xəbərlər
Son Xəbərlər