I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, ümumilikdə 9 abituriyent maksimum nəticə göstərərək 400 bal toplayıb.
“Qafqazinfo” xəbər verir ki, bunlardan ikisi I və IV ixtisas qrupu üzrə imtahan verən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunlarıdır.
Söhbət liseyin məzunları Rüstəm Həsrətov və Sevər Cəfərlidən gedir. Adıçəkilən abituriyenlər onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimal nəticə göstəriblər.
Son xəbərlər
Son Xəbərlər