“Fənərbağça” liderliyini qoruyur - Video

fenerbagca-liderliyini-qoruyur
Oxunma sayı: 2174

Futbol üzrə Türkiyə Superliqasının XX turunda növbəti matçlar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Çempionatın lideri “Fənərbağça” səfərdə “Qaziantep”i çətinliklə məğlub edib - 1:0.

Oyunun yeganə qolunu 81-ci dəqiqədə İrfan Can Kahveci vurub.

50-ci dəqiqədə Edin Ceko penalti zərbəsindən yararlana bilməyib.

Bu qələbə ilə xallarını 53-ə çatdıran “Fənərbağça” liderliyini davam etdirir. “Qaziantep” isə 21 xalla 16-cı pillədə qərarlaşıb.