“Fənərbaxça” Çempionlar Liqası ilə vidalaşdı - Gecənin nəticələri

fenerbaxca-cempionlar-liqasi-ile-vidalasdi
Oxunma sayı: 3482

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, cavab oyunları çərçivəsində 4 görüş keçirilib.

“Qarabağ” Macarıstan “Ferentsvaroş”una evdə uduzsa da, mərhələ adlamağı bacarıb.

Türkiyədə qolsuz heç-heçə edən “Fənərbaxça” Portuqaliyada “Benfika” ilə qarşılaşıb. Türkiyə təmsilçisinin 16 mövsüm sonra Çempionlar Liqasının əsas mərhələsinə adlamaq arzusu yenə gerçəkləşməyib.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust

“Qarabağ” (Azərbaycan) – “Ferentsvaroş” (Macarıstan) 2:3
İlk oyun – 3:1

“Benfika” (Portuqaliya) – “Fənərbaxça” (Türkiyə) 1:0
İlk oyun – 0:0

“Kopenhagen” (Danimarka) – “Bazel” (İsveçrə) 2:0
İlk oyun – 1:1

“Brügge” (Belçika) – “Reyncers” (Şotlandiya) 6:0