Fərid Əhmədov Əfv Məsələləri Komissiyasının üzvü oldu - Sərəncam

ferid-ehmedov-efv-meseleleri-komissiyasinin-uzvu-oldu
Oxunma sayı: 4372

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Komissiyanın üzvləri siyahısından sabiq ədliyyə naziri Fikrət Məmmədovun adı çıxarılıb.

Siyahıya ədliyyə naziri Fərid Əhmədovun adı əlavə olunub.