Filippində 6,9 bal gücündə zəlzələ - Ölənlər var - Yenilənib

filippinde-69-bal-gucunde-zelzele
Oxunma sayı: 1430

Filippində 6,9 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, San-Remihio bələdiyyəsində idman-istirahət kompleksi çöküb, bir çox insan dağıntılar altında qalıb.

Azı 20 nəfərin öldüyü bildirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun açıqlamasına görə, zəlzələ tektonik mənşəlidir və onun episentri Sebu əyalətinin Boqo şəhərindən 20 km şimal-şərqdə, 5 km dərinlikdə yerləşib.

***

Filippində baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.