Flora Kərimova ilə Afətin məhkəməsi başladı

flora-kerimova-ile-afetin-mehkemesi-basladi
Oxunma sayı: 4642

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində məhkəməyə verdiyi şikayət icraata götürülüb.

Bu barədə “Qafqazinfo”ya Xalq artistinin vəkili Xavər İsmayılova məlumat verib.

Xüsusi ittiham qaydasında verilən şikayətə Binəqədi Rayon Məhkəməsində baxılıb. F.Kərimova A.Fərmanqızının mediada və instaqramda onun barəsində səsləndirdiyi fikirlərin böhtan xarakterli olduğunu və bunu şəxsiyyətinə hörmətsizlik hesab etdiyini bildirib. İşin mahiyyəti üzrə araşdırma növbəti iclasda başlayacaq.

Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edib. İttiham sübuta yetirilərsə, Afət Fərmanqızını 3 ilədək həbs cəzası gözləyir.

Xəbəri rus dilində oxuyun: В Баку 15-летняя девочка выбросилась из многоэтажки - Фото

Они набрали высший балл на выпускном экзамене - Фото