Fransa Prezidentinə küçənin ortasında şillə vurdular - Video

fransa-prezidentine-kucenin-ortasinda-sille-vurdular
Oxunma sayı: 8434

Fransa Prezidenti Emmanuel Makron Valans şəhərinə səfəri zamanı şillələnib.

"Qafqazinfo" xəbər verir ki, o, vətandaşlarla görüşərkən yerli sakinlərdən biri onun üzünə şillə vurub. 

Makronun şillə aldığı anın görüntüləri sosial şəbəkələrdə yayılıb. Bu video dünya mediasında böyük rezonans yaradıb.