Gəncədə “exchange” işçisi toydan çıxarkən öldürüldü - Təfərrüat+Yenilənib

gencede-exchange-iscisi-toydan-cixarken-olduruldu
Oxunma sayı: 5997

Gəncədə qətl hadisəsi törədilib.

"Qafqazinfo" nun xəbərinə görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində olan şadlıq evlərinin birinin qarşısında baş verib. Toydan çıxan şəhər sakini 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlu bıçaqlanaraq qətlə yetirilib. Cinayəti törədən şəxs qaçıb. Hazırda onun saxlanılması istiqamətində ənəliyyat tədbirləri həyata keçirilir.

Məlumata görə, qətlə yetirilən şəxs şəhərin mərkəzində olan valyuta mübadiləsi məntəqəsində işləyirmiş.

***

Gəncədə baş vermiş qətlin təfərrüatları bilinib. 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlu ilə Əliyev Mirağa İlqar oğlunun avtomobilləri toqquşub. Bundan sonra tərəflər arasında mübahisə düşüb. Bu zaman Dajban Nicat bıçaqla Mirağa Əliyevin ürək nahiyyəsindən vurub. Sonuncu xəstəxanaya çatdırılarkən keçinib.

Elmar Əli