Gəncədə Zəfər Gününün 5 illiyi ilə bağlı konsert olacaq

gencede-zefer-gununun-5-illiyi-ile-bagli-konsert-olacaq
Oxunma sayı: 1581

Gəncədə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş möhtəşəm konsert proqramı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, tədbir noyabrın 8-i saat 19:00-da Gəncə şəhərində, Heydər Əliyev adına meydanda (İnzibati binanın önündə) baş tutacaq.

Konsert proqramında şəhid ailələri, müharibə iştirakçıları, Gəncə sakinləri və şəhərin qonaqları iştirak edəcəklər. Sonda isə möhtəşəm atəşfəşanlıq nümayiş olunacaq.