Gəncədəki qətliamda yaralanan Artur 7 gün sonra vəfat etdi

Gəncədəki qətliamda yaralanan Artur 7 gün sonra vəfat etdi
Oxunma sayı: 6051

Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət alan şəxslərdən biri vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd olunur ki, 17.10.2020-ci il tarixdə düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış  Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.