Gənclər Fondunda nurçular at oynadır - - Araşdırma

gencler-fondunda-nurcular-at-oynadir-
Oxunma sayı: 3977


Gənclər Fondunda tamamilə QHT sahəsində və ya ictimai sektorda təcrübəsi olmayan, səriştəsiz insanlar çalışır. Fond əməkdaşları QHT, ictimai layihə, könüllülük barədə məlumatsız olmaqla yanaşı, həmçinin, Fonddan maliyyə əldə edən fərdi şəxslərə və gənclər təşkilatlarına qarşı kobud rəftarla tanınırlar. Bu insanlara görə Fondun gənclərə və gənclər təşkilatlarına verdiyi maliyyə hər hansı maliyyə institutunun sahibkara verdiyi kredit kimidir. Yəni, “almısan, bizə borclusan” məntiqi. Təbiidir ki, vətəndaş cəmiyyəti institutları ilə yaxından tanış olan insanlar bilir ki, bu fikir və yanaşma tamamilə səhvdir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatlar politika.az saytında dərc olunub. Materialda qeyd edilir ki, fond əməkdaşları arasında xüsusi ilə fərqlənən isə sektor müdiri Vaqif Seyidbəyov, baş mühasib Elmar Talıblı və mühasib Şəfəq Bayramovadır. Bu insanlar barədə məlumatları Sizin diqqətinizə çatdırmaq istəyirəm.

Son günlərdə nurçu şəbəkəsi ilə adı sıx-sıx hallanan SAM direktoru Fərhad Məmmədovun uşaqlıq dostu olan sektor müdiri Vaqif Seyidbəyovun Fondda fəaliyyəti çox açıqdır. Beləki, Fondun maliyyəsini nurçu şəbəkəsinə yaxın olan fərdi gənclər , təşkilatlar arasında bölmək və ya bu kimi fərdi gənclər və təşkilatlara lazımi şəraiti yaratmaq Seyidbəyovun gündəlik iş planıdır. Vaqif Seyidbəyov öz nurçu “böyük”lərindən aldığı tapşırıq əsasında Fonddan layihələri üçün maliyyə alan müstəqil gəncləri müxtəlif vasitələrlə sıxışdırmaq və onların gələcəkdə Fonda müraciət etməməsini təmin etməklə, bütün maliyyəni onlara yaxın olan gənclər və təşkilatlar arasında bölməyə nail olmaq istəyir. Beləki, cənab Seyidbəyov Fonddan layihə alan və ya layihə ilə müraciət şəxsləri öz iş otağında sorğu sual etməyə də çəkinmir. Verilən sualların isə çox zaman heç bir məntiə sıxmadığı qeyd edilən şəxslərin mənfi məqsədlərini ortaya qoyur.

Gələk, Fondun baş mühasibi Elmar Talıblıya. Fondda Vaqif Seyidbəyovun ən yaxın insanı kimi tanınan Elmar Talıblının işi daha dəqiqdir. Fonddan maliyyə alan müxtəlif fərdi gənclərin maliyyə hesabatlarını qəbul etməmək və onların müxtəlif vasitələrlə get-gələ salmaq. Axı cənab Talıblının özü digər fərdi gənclərə mühasibatlıq xidməti göstərir. Beləki, Fondun baş mühasibi olan və maliyyə hesabatlarını qəbul edən cənab Talıblının özü alınan qrantın 30-40% qarşılığı əsasında gənclərə maliyyə hesabatlarını hazırlaya biləcəyini və hesabatların maneəsiz qəbul edilə biləcəyini təklif edir. Yəni, maliyyə hesabatını qəbul edən insan özü hesabat hazırlayıb, özü qəbul edir. Elmar Talıblının gənclər qarşısında qoyduğu səddlər isə yenə də anlaşılmazdır. O, fərdi gənclər və təşkilatlardan layihələrdə iştirak edən şəxslərin şəxsiyyət vəsiqəsini, materialların paylanması ilə bağlı paylanma aktını, tədbir təşkil edilən hotellərin lisenziyalarını və digər sənədləri tələb edir ki, hər bir maliyyə mütəxəssisi təsdiq edər ki, bu sənədlərə heç də ehtiyac yoxdur. Maraqlısı orasındadır ki, cənab Talıblı sadəcə bu sənədləri müstəqil gənclərdən istəyir, onlara yaxın olan fərdi gənclər və gənclər təşkilatları isə bu sənədlərin verilməsindən azaddırlar. Deməli, belə çıxır ki, məqsəd yenə də eynidir, qeyd edilən şəxslərə yaxın olmayan gənclərin Fondun fəaliyyətindən uzaqlaşdırmaqla mövcud olan maliyyəni nurçu şəbəkəsinə yaxın olan fərdi gənclər və təşkilatlar arasında bölmək. Cənab Talıblının köməkçisi Şəfəq Bayramova da heç də baş mühasibdən geri qalmır. Hesabatları normal şəkildə qəbul etməyən və hər zaman qeyri-müəyyən sənədlər tələb edən xanım Bayramova da hər bir kəsə qarşı kobud rəftarı ilə tanınır.

Bəs Gənclər Fondu maliyyəni daha haralara xərcləyir?

Gənclər Fondu 2012-ci ildə İstanbulda keçirilən Caspian Forumun əsas maliyyə dəstəkçilərindən biri idi. Forumun keçirilməsinə yüz minlərlə manat xərcləyən Gənclər Fondunun rəhbərliyi o zaman nurçu şəbəkəsində öz “rəhbər”lərinin sifarişini yerinə yetirməklə məşğuldur idilər. Gənclər layihələrinin dəstəklənməsi üçün ayrılan maliyyənin xarici ölkədə keçirilən foruma xərclənməsi təbii ki, müəmmalı məsələdir. Bu məsələni yalnız Fond rəhbərliyi cavablandıra bilər.

Gənclər Fondu Litva, Ukrayna və digər ölkələrdə təhsil alan gənclərə də dəstək olur. Amma bu dəstək həmin ölkələrin publarında içki və kef məclislərinə xərclənir. Fond isə yuxarıda qeyd edilən maraqlar və digər səbəblərə görə buna göz yumur. Məqsəd eynidir, məlum şəbəkəyə xidmət edən ASAİF-in “öndə gələn” gənclərini pulla təmin etmək. Bəs görəsən, bu gənclərin verilən layihələrin hesabatları da lazımi qaydada istənilir mi? Yoxsa, Vaqif Seyidbəyov və Elmar Talıblı bu hesabatlara göz yumurlar və istədikləri kimi qəbul edirlər?

Gənclər Fondu kimlər üçün?

Gənclər sektorunda olan hər bir şəxs bilir ki, Fonddan qrant alan fərdi şəxslərin siyahısı İrəli təşkilatı tərəfindən təsdiqlənir. Beləki, İrəli təşkilatına yaxın olan şəxslərin Fonddan fərdi layihə almasında heç bir problem yoxdur. Fond rəhbərliyi İrəliyə yaxın olan gənclərə maliyyə verməkdə çox həvəslidir. İrəli təşkilatının isə kimlərin nəzarətində olduğunu xatırlatmağa isə ehtiyac yoxdur.

Nurçu şəbəkəsinin gənclər arasında əsas dayaqlarından və maliyyə mənbələrində sayılan İrəli təşkilatının üzvləri də Fondun D kateqoriyası üzrə maliyyə dəstəyi alıb beynəlxalq tədbirlərdə iştirak etməkdən də çəkinmirlər. Çünki, onların arxasında bu şəbəkəyə yaxın olan Fond rəhbərliyi durub.

Bütün bunlar Fondun yaratmaz fəaliyyətinin çox az hissəsidir. Əgər, Fond öz fəaliyyətində əsaslı dönüş etməsə digər dəqiq faktlar da mediaya çatdırılacaqdır.