Göyçayda itlərin hücumundan qorxuya düşən məktəbli vəfat etdi - Foto

goycayda-itlerin-hucumundan-qorxuya-dusen-mektebli-vefat-etdi
Oxunma sayı: 7560

Göyçay rayonunda bayram günü papaq atmağa gedən yeniyetmənin üstünə itlərin hücum etməsindən 5 gün sonra o dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qarabaqqal kənd sakini, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu hadisə zamanı qorxaraq stress keçirib.

Kənd məktəbinin 10-cu sinfində təhsil alan A.Ömərov bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd