Gülər Əhmədovanın oğlu saxlanıldı - “Bandotdel” əməliyyat keçirdi

guler-ehmedovanin-oglu-saxlanildi
Oxunma sayı: 16990

Fevralın 9-da Bakının Nəsimi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.

"Qafqazinfo" xəbər verir ki, hüquq-mühafizə orqanlarından Baku.ws-ə verilən məlumata görə, Toğrul Fikrət oğlu Əhmədov əməliyyat məlumatları əsasında saxlanılıb. 

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Toğrul Fikrət oğlu Əhmədovun idarə etdiyi BMW markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobildən 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə cinayət işi qaldırılıb.

Qeyd edək ki, saxlanılan 1987-ci il təvəllüdlü Toğrul Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

***

T.Əhmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.