Gülşənə “fahişə” dedi, işdən çıxarıldı - Fotolar + Video

gulsene-fahise-dedi-isden-cixarildi
Oxunma sayı: 9628

Məşhur müğənni Gülşəninin klipindəki obrazını “fahişə” (eskort) adlandıran Türkiyə Televiziya və Radio Şurasının (RTÜK) əməkdaşı işdən azad edilib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, həmin televiziya mütəxəssisinin Berrin Aşkın Bozkurtun olduğu ortaya çıxıb.

Onun rəsmi olaraq işdən çıxma səbəbi açıqlanmayıb.

Qeyd edək ki, RTÜK bir müddət əvvəl müğənninin “Dan dan” mahnısını yayımlayan kanalları cərimələmiş, musiqi parçasının sözlərinə görə, Dream Türk kanalına 14 bin 359 lira cərimə tətbiq olunmuşdu.