Günel “Space”dən getdi - Yeni iş yeri...

gunel-spaceden-getdi
Oxunma sayı: 1999

Space TV-nin məşhur aparıcısı Günel Həsənzadə kanalla yollarını ayırıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Banu” verilişinin siması yeni sezonda sözügedən televiziyanın efirinə çıxmayacaq. 

Həsənzadənin yeni iş yeri də məlum olub.  Belə ki, teleaparıcı sentyabr ayından etibarən ARB TV-nin ekranında görünəcək.  Onun proqramın adı isə hələlik məlum deyil.

Qeyd edək ki, Günel bir müddət əvvəl ARB-də yayımlanan “Gəlin danışaq” verilişindəki ailəsi və şəxsi həyatı barədə etirafları müzakirələrə səbəb olmuşdu. 

***

G.Həsənzadə məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, işinin başındadır və heç yerə getməyi düşünmür:

“Bu kanalda mənim nazımla oynayırlar. Rəhbərlikdən tutmuş iş yoldaşlarıma qədər hər kəs mənə hörmət edir. İnsan yaxşı olduğu yerdən necə gedə bilər? Mənim “Space”dən getməyimi istəyənlər məni sevməyənlərdir. Mən burada doğulmuşam, yerimdən necə gedə bilərəm? Bura mənim üçün çox dəyərlidir”.