“Gürcüstan da iqlim dəyişikliyinin ağır nəticələri ilə üzləşir”

gurcustan-da-iqlim-deyisikliyinin-agir-neticeleri-ile-uzlesir
Oxunma sayı: 799

“İqlim dəyişikliyinin güclənən təsirləri inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına ciddi şəkildə zərər vurur və həssas mövqedə olan ölkələrin mövcudluğuna təhlükə yaradır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda COP29 çərçivəsində Liderlər Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi dövrün ən kəskin problemlərindən birinə çevrilir.

Kobaxidze bildirib ki, sözügedən problem onun çoxtərəfli nəticələrinin öhdəsindən gəlmək üçün qlobal, təcili fəaliyyət və əməkdaşlıq tələb edir: “Gürcüstan da digər çox sayda ölkələr kimi iqlim dəyişikliyinin ağır nəticələri ilə üzləşir. Silahlı münaqişələr nəinki ciddi humanitar böhranlara gətirib çıxarır, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə dünya üzrə səyləri ləngidir və əngəllər törədir”.

Günel İbrahimova