Gürcüstan və İrandan daha münasib qiymətə tibbi xidmətlər - Fotolar

gurcustan-ve-irandan-daha-munasib-qiymete-tibbi-xidmetler
Oxunma sayı: 4914

8 Oktyabr tarixində Qazax rayonu Gənclər Mərkəzində Gəncə Beynəlxalq Xəstəxanasının təqdimat mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülaya Həsənova, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzov, rayon həkimləri və ziyalılar iştirak edib.

Təqdimatda çıxış edən Gəncə Beynəlxalq Xəstəxanasının baş direktoru Tibb üzrə fəlsəfə doktoru İlyas Həsənov tibbi mərkəzin fəaliyyəti, imkanları və üstünlükləri barədə ətraflı məruzə ilə çıxış edib. O bildirib ki: “Möhtərəm prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə səhiyyə sektoru sürətlə inkişaf edir. Bu həm dövlət həm də özəl tibb müəssisələrində öz əksini göstərir. Özəl tibbi sektorun bir nümayəndəsi kimi Gəncə Beynəlxalq Xəstəxanası ABŞ xəstəxana standartlarına uyğun çalışan, regionun ən müasir tibbi texnologiyalarla təchiz olunmuş və Qafqazda JCI (Joint Commission International) akkreditasiyalı ilk tibb mərkəzidir. Gürcüstan və İran İslam Respublikasıyla müqayisədə xəstəxanada istənilən tibbi xidmət daha münasib qiymət və üstün keyfiyyətlə göstərilir. Buna müvafiq olaraq regionda müalicə üçün xaricə ölkələrə gedənlərin sayısında azalma, xaricdən xəstəxanamıza müraciət edən əcnəbi vətəndaşların sayısında yüksəlmə müşahidə edilir.”

Təqdimat daha sonra elmi tibbi məruzələrlə davam edib. Gəncə Beynəlxalq Xəstəxanasının yerli və əcnəbi mütəxəssisləri tərəfindən tibbin ən müasir müayinə və müalicə metodları haqqında auditoriyaya geniş məlumat verilib.