Gürcüstan vətəndaşları xaricdə parlament seçkilərində səs verə bilməyəcəklər

gurcustan-vetendaslari-xaricde-parlament-seckilerinde-ses-vere-bilmeyecekler
Oxunma sayı: 537

Gürcüstan vətəndaşları xaricdə parlament seçkilərində səsvermə hüquqlarından istifadə edə bilməyəcəklər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə bildirib. 

“​Gürcüstan parlamenti ölkə xaricində yaşayan respublika vətəndaşlarının seçkilərdə səs verə bilməsini qadağan edəcək yeni Seçki Məcəlləsi üzərində işləməyə başlayır”, - spiker qeyd edib.

Onun sözlərinə görə, xaricdə yaşayan Gürcüstan vətəndaşları seçkilərdə yalnız ölkəyə gələrək və qeydiyyat yeri üzrə səs verməklə iştirak edə biləcəklər.

“2024-cü ildə keçirilmiş parlament seçkiləri seçicilərə informasiya və siyasi təzyiqin necə açıq və sərt şəkildə ola biləcəyini yaxşı göstərdi. Bu baxımdan, qeyri-rezident vətəndaşlar, yəni xaricdə yaşayan Gürcüstan vətəndaşları üçün təzyiq riskləri artmaqdadır”, - Papuaşvili qadağanın səbəblərini izah edərkən söyləyib.