Gürcüstandan ölkəmizlə sərhədlərin açılması ilə bağlı - Açıqlama

gurcustandan-olkemizle-serhedlerin-acilmasi-ile-bagli
Oxunma sayı: 6409

“Azərbaycanın sərhədləri açacağı ilk ölkələrdən biri Gürcüstan olacaq”.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bunu iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Məryəm Karivişvili deyib. O bildirib ki, iki ölkə arasında sərhədlərin açılması məsələsi ilə bağlı danışıqlar aparılıb:

“Azərbaycanla danışıqlar yüksək səviyyədə aparıldı. Bilirsiniz, iki ölkə arasında çox yaxşı əlaqələr var və düşünürük ki, Azərbaycanın sərhədləri açacağı ilk ölkələrdən biri Gürcüstan olacaq”.