Gürcüstanın keçmiş Baş naziri haqda qiyabi həbs qərarı verildi

gurcustanin-kecmis-bas-naziri-haqda-qiyabi-hebs-qerari-verildi
Oxunma sayı: 1986

Gürcüstanın sabiq Baş naziri, “Qaxariya – Gürcüstan naminə” partiyasının sədri Giorgi Qaxariya barəsində açılan cinayət işi çərçivəsində onunla bağlı qiyabi həbs qərarı çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Qaxariya vəzifə səlahiyyətlərindən sui-istifadədə, eləcə də insanlara zərər vuracaq və Avropa İnsan Hüquqları Konvensiyasının tələblərini pozacaq qərarlar qəbul etməkdə ittiham olunur. Onu 13 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan Parlamenti Qaxariya və onun partiyasından olan 11 deputatın mandatına xitam vermiş, əvəzində siyahı üzrə 12 yeni deputatın səlahiyyətləri təsdiqlənmişdi. Onu da bildirək ki, Qaxariya 2019–2021-ci illərdə Gürcüstanın Baş naziri olub, bundan əvvəl isə daxili işlər naziri və iqtisadiyyat naziri vəzifələrində çalışıb.

Gürcüstan mediası onun hazırda Almaniyada olduğunu yazıb.