Hadisə Zəhradan yazdı - “Canım yanır...”

hadise-zehradan-yazdi
Oxunma sayı: 1475

2 yaşlı Zəhra Quliyevanın erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə bəzi türkiyəli məşhurlar reaksiya veriblər.

“Qafqazinfo” xəbər verir ki, müğənni Hadisə Zəhranın fotosunu paylaşaraq kədərini bölüşüb:

“Canım yanır... 2 yaşlı bir körpə... Kədərli ana... Bu, insanlığa sığmayan vəhşi hücumdur. Dilindən, dinindən və irqindən asılı olmayaraq bütün terror hücumlarını qınayıram. Buna son qoyun. Azərbaycana səbir diləyirəm”.

Xatırladaq ki, 2 yaşlı Zəhra Quliyeva iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirib.