Hamını qocaldan “FaceApp” nəyi düzgün etmir?

Hamını qocaldan “FaceApp” nəyi düzgün etmir?
Oxunma sayı: 4133

Son zamanların trendinə çevrilən “FaceApp” vasitəsilə qocalma əslində heç də reallığı əks etdirmir.

“Qafqazinfo” xəbər verir ki, bu tətbiqetmədə reallıq payı maksimum 33%-dir. Bu barədə rusiyalı həkim-geriatr Valeri Novosyolov fikirlərini bölüşüb. O bildirir ki, proqram şəxs barədə heç də dəqiq hesablanmamış və az informasiyaya malik olduğundan tətbiqetmədən sonra alınan nəticə insanın qocalıq faktoru ilə üst-üstə düşməyə bilər.

“Hər şeydən əvvəl, “FaceApp”ın mövcud şəkildən başqa, normal alqoritmi, geriatrik məlumatları yoxdur. İnsanın qocalıq görüntüsü, hər şeydən əvvəl bir neçə faktordan asılıdır. Bunların arasında həyat səviyyəsi, emosional durum, vərdişlər və başlıcası, genetika var”.

Daha əvvəl plastik cərrah Adelina Altıyeva da açıqlamasında proqramın qadınlarla müqayisədə kişilərdə nisbətən uğurlu alındığını açıqlamışdı:

“Çünki kişilər, qadınlardan fərqli olaraq daha təbii yolla qocalırlar. Proqram qadınların plastik əməliyyatlar, kosmetik prosedurlar etdirib-etdirməyəcəyini nəzərə almadığından heç də dəqiq nəticə göstərdiyini demək olmaz”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi