Harvarda qəbul olunan Nigar tanınmış komandirin qızıdır

harvarda-qebul-olunan-nigar-taninmis-komandirin-qizidir
Oxunma sayı: 9950

ABŞ-ın Harvard Universitetindəki Harvard Biznes Məktəbində (HBS) magistr dərəcəsinə qəbul olunan Nigar Mövsümlü Qarabağ döyüşlərində batalyon komandiri olmuş İlyas Hüseynovun qızıdır.

“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik Nazim Bayram bildirib:

“Xocavənd batalyonun komandiri olmuş rəhmətlik İlyas Hüseynovun övladı Nigar Mövsümlünün Harvard Universitetinin magistraturasına qəbulu xəbəri qəlbimizi fərəh və qürur hissi ilə doldurdu!

Nigar Mövsümlü eyni zamanda, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq işində beynəlxalq gənclər və tələbə meydançalarında daim fəaldır.

Komandirin ruhu şad olsun. Onun həyat və mübarizə yolunun layiqli davamçısı, Azərbaycanımızın fəxri, qızımız Nigara daha böyük nailiyyətlər arzu edirəm!”.

1993-cü ildə anadan olan Nigar ilk ali təhsilini Qafqaz Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə alıb. 2017-ci ildən indiyə kimi “Unilever” istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə müdir müavini vəzifəsində çalışıb. Nigar həm də Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür.

Nigarın atası İlyas Hüseynov Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun qardaşıdır.

1994-cü ildə ağır kontuziya alması səbəbindən ehtiyata çıxan İ.Hüseynov 2006-cı il aprel ayının 14-də 45 yaşında dünyasını dəyişib.