Hava ilə bağlı - Xəbərdarlıq

hava-ile-bagli
Oxunma sayı: 11407

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 18-i gündüz cənub-qərb küləyinin 19-u gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 18-19-da bəzi rayonlarda qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.