Məlum olduğu kimi, hazırda İngiltərənin “Sent Ceyms Park” stadionunda “Nyukasl” və “Qarabağ” (3:2) arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu keçirilir.
“Qafqazinfo” xəbər verir ki, gərgin keçən qarşılaşmanın ikinci hissəsində Ağdam təmsilçisi Kamilo Duranın 51-ci dəqiqədəki qolundan sonra fərqi azaltmağı bacarıb.
Belə ki, matçın 57-ci dəqiqəsində “Qarabağ”ın xeyrinə penalti təyin edilsə də, Marko Yankoviçin onbirmetrlik zərbəsini rəqib qapıçı dəf edib. Lakin qapıçıdan dönən topa hamıdan tez yetişən Elvin Cəfərquliyev ikinci cəhddən topu tora göndərərək hesabı 3:2-yə çatdırıb.
Maraqlıdır ki, bu komandalar arasında Bakıda keçirilən ilk görüşdə də (1:6) “Qarabağ”ın yeganə qolunu məhz 55-ci dəqiqədə Elvin Cəfərquliyev vurmuşdu.
Həmin görüntüləri təqdim edirik:
Elvinin Bakıda vurduğu qol:
***
“Sent Ceyms Park” stadionunda baş tutan maraqlı mübarizə meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Son xəbərlər
Son Xəbərlər