Həmcinsi ilə evlənən eks-nazir öldü

hemcinsi-ile-evlenen-eks-nazir-oldu
Oxunma sayı: 6302

Almaniyanın keçmiş xarici işlər naziri Qido Vestervelle vəfat edib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 54 yaşlı eks-nazir Köln universitet klinikasında leykoz xəstəliyindən müalicə aldıqdan sonra yaranan fəsadlara görə dünyasını dəyişib.

Q. Vestervelle 2001- 2011-ci illərdə Azad Demokratik Partiyasının sədri, 2009-2013-cü illərdə XİN rəhbəri olub. O, Avropa birliyində ən çox qazanan siyasətçilərdən biri olub.

Vestervelle 2010-cu ildə ortağı Mixail Mronçla rəsmi şəkildə evlənib.