Həmin şəxslər məşğulluq tədbirlərinə cəlb edildi - Fotolar

hemin-sexsler-mesgulluq-tedbirlerine-celb-edildi
Oxunma sayı: 964

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərinə köçürülmüş sakinlərdən artıq 600-dək şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

“Qafqazinfo” xəbər verir ki, onlardan 587 nəfərin məşğulluğu təmin edilib (o cümlədən, 26 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 7 nəfər isə peşə kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır.

Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.