Hərbçilərimiz minaya düşdü, biri polkovnik-leytenantdır - Yenilənib

herbcilerimiz-minaya-dusdu-biri-polkovnik-leytenantdir
Oxunma sayı: 9195

Azərbaycanda polkovnik-leytenant minaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Oxu.az Müdafiə Nazirliyindən məlumat əldə edib.

Bildirilib ki, polkovnik-leytenant Kamil Duniyev Suqovuşanda minaya düşüb.

O, ağır xəsarətlər alıb və hərbi hospitala təxliyyə olunub.

***

“Report”un məlumatına görə, daha 3 hərbçi Tərtər rayonunun Talış kəndi istiqamətində minaya düşüb. Onlar leytenant Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) - Elşad Orucov və Məhərrəm Ağayevdir.

Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar.

Polkovnik-leytenant Kamil Duniyevin ayağı amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.