Hərbi hissədə dəhşətli hadisə - Yenilənib

herbi-hissede-dehsetli-hadise-yenilenib
Oxunma sayı: 891

Ötən axşam Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə hadisə baş verib. “Qafqazinfo”nun məlumatına görə, hərbi hissədə yemək bişirən iki əsgər yanıb. Hadisə yemək qazanının (kotyol) partlaması nəticəsində baş verib.

Yanan əsgərlərin vəziyyətinin ağır olduğu bildirilir. Onlar Sarıcalı hospitalında müalicə olunurlar.

***
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev “Qafqazinfo”ya açıqlamasında hadisənin qəza nəticəsinə baş verdiyini bildirib: “Hər iki əsgər hospitaldadır. Xaliqov Bayram Rafiq oğlu Nəsimi rayonundan, Musazadə Abbas Natiq oğlu isə Füzuli rayonundan hərbi xidmətə çağırılıb. Vəziyyətləri ağır qiymətləndirilir. Onların müalicəsi üçün nə lazımdırsa edilir. Bütün səylər səfərbər olunub”.