Hərbi qulluqçumuz şəhid oldu - Foto+Yenilənib

herbi-qulluqcumuz-sehid-oldu
Oxunma sayı: 10235

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu şəhid olub.

Bu barədə "Qafqazinfo"ya Səhman Musayevin yaxınları məlumat verib. 

Tərxis olunmasına 1 ay qalmış əsgərin yaxınları onun Ağdam istiqamətində minaya düşdüyünü bildirir.

Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Müdafiə Nazirliyindən isə "Qafqazinfo"ya bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.

Emin Səfərov

***

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.