Heydər Əliyevin toya, fotoya, yaralı əsgərə və bayrağa münasibəti - Video

heyder-eliyevin-toya-fotoya-yarali-esgere-ve-bayraga-munasibeti
Oxunma sayı: 8750

Ötən gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü idi.

“Qafqazinfo” xəbər verir ki, əlamətdar gündə AzTV maraqlı layihə ilə çıxış edib.

Dövlət televiziyasının hazırladığı “Sonsuz sevgi və ehtiramla” adlı sənədli filmdə mərhum Prezidentin vaxtilə iştirak etdiyi toy məclisi, onun şəxsi fotoqrafı, Heydər Əliyevin çıxışı zamanı dövlət bayrağını dalğalandıran qız və yaralı əsgərin anası yer alıb. Müsahiblər Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.

Sözügedən sənədli filmi təqdim edirik:

Xəbəri rus dilində oxuyun: Отношение Гейдара Алиева к свадьбе, фотографии, раненому солдату и флагу - Видео