Hikmət Hacıyev ermənilərin 3 rayonu atəşə tutmasından yazdı

hikmet-haciyev-ermenilerin-3-rayonu-atese-tutmasindan-yazdi
Oxunma sayı: 9206

“Ermənistan ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə ballistik- taktiki raketlər atılıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında məlumat verib.

“Mülki vətəndaşlar və mülki obyektlər Ermənistanın raket zərbəsi ilə hədəf alındı. Ermənistan mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir”, - deyə H. Hacıyev qeyd edib.