“Hizbullah”ın daha bir lideri həlak olub

hizbullahin-daha-bir-lideri-helak-olub
Oxunma sayı: 4414

“Hizbullah”ın Mərkəzi Şurasının üzvü Nabil Kauk öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 28-də həyata keçirdiyi hava hücumu nəticəsində məhv edilib.

Şeyx Nabil Kauk “Hizbullah”ın idarə edilməsində mərkəzi fiqurlardan biri olub və hərbi əməliyyatlarla bağlı bir sıra strateji məsələlərə cavabdeh idi.