İcra Hakimiyyəti evə daraşan ilanlara müdaxilə etdi

icra-hakimiyyeti-eve-darasan-ilanlara-mudaxile-etdi
Oxunma sayı: 3494


“Qafqazinfo” report-a istinadən xəbər verir ki, məsələyə Rayon İcra Hakimiyyəti də müdaxilə edib.

Ev sahibi Məhəmməd Aslanov problemin 5 ildir olduğunu və hər il yay fəslində ilanların onların həyatı üçün ciddi təhlükə yaratdığını bildirib. Onun sözlərinə görə, ötən il evdə təqribən 50 ilan görünüb.

“Ev 1958-ci ildə çiy kərpicdən inşa olunub. İlanların əsas yuvası da evin təməlində olduğundan aparılan profilaktik tədbirlər nəticəsiz qalıb”, - deyə M.Aslanov bildirib.

Ağcabədi rayon İcra Hakimiyyəti problemin aradan qaldırılması üçün ailəyə yeni torpaq sahəsi və tikinti materialları ayırıb.