İkardi və Vanda Nara ayrıldı

ikardi-ve-vanda-nara-ayrildi
Oxunma sayı: 6382

“Qalatasaray”ın ulduz futbolçusu Maura İkardi, həyat yoldaşı model Vanda Naradan ayrılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə V.Nara özü məlumat verib. 

O, “America TV”yə açıqlamasında bunları deyib: “Maurodan ayrıldım. Şəxsi və sağlıq problemləri səbəbi ilə bir dəfə də evliliyimizi davam etdirməyə çalışdım. Amma olmadı, ayrıldım”. 

Qeyd edək ki, Mauro İkardi və Vanda Nara 2014-cü ildən birlikdədir. Onların 2 övladı var.