İlham Əliyev ən nüfuzlu müsəlmanlar arasında

ilham-eliyev-en-nufuzlu-muselmanlar-arasinda
Oxunma sayı: 4942

İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları siyahısına daxil edilib.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, bu siyahı "The Muslim 500-2016" Corctaundakı müsəlman xristian anlaşma Mərkəzinin dəstəyi ilə Əmmanın kral islam strateji araşdırmalar mərkəzi tərəfindən tərtib olunub. Siyahıda ən nüfuzlu 500 müsəlmanın adı qeyd olunub.

Siyahı tərtib olunarkən bir neçə müxtəlif kateqoriyaya ayrılıb. Lakin siyahıda göstərilən ilk 50-likdə daha nüfuzlu insanlar yer alıb. İlk 12 nəfər arasında siyasi liderlər, kral, general, prezidentlər yer alır. Bununla yanaşı siyahıda din xadimlərinin, milli və beynəlxalq dini orqanların, eyni zamanda hərəkat və təşkilatların rəhbərləri yer alıb.

Prezident İlham Əliyevlə yanaşı, ən nüfuzlu müsəlmanların siyahısında Azərbaycandan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə , həmçinin Azərbaycanın tanınmış xanəndəsi Alim Qasımovun adı da qeyd olunub.

"The Muslim 500-2016" siyahısında İordaniya kralı II Abdullah, Qahirənin "Əl-Əzhər" Universitetinin imamı Şeyx Əhməd Məhəmməd əl-Tayyib, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan prezidenti Emomali Rəhmonun da adı yer alıb.

Qeyd edək ki, bu siyahı 2009-cu ildən etibarən hər il tərtib olunur. Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləzizin adı ardıcıl olaraq 4 dəfə bu siyahıda yer alıb.