Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama görə, Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, prezident İlham Əliyev bu gün Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında Fərman imzalayıb.
Son xəbərlər
Son Xəbərlər