İlham Əliyev Milli Məclisdə - Yenilənib

ilham-eliyev-milli-meclisde
Oxunma sayı: 8767

Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkilərində deputat mandatı qazanmış yeni üzvlərin iştirakı ilə Milli Məclisin ilk iclası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, iclasa ölkə prezidenti İlham Əliyev də qatılıb.

Toplantıda yeni millət vəkillərinə deputat mandatlarının təqdim olunması nəzərdə tutulub.

 ***

İclasda təşkilati məsələlərə baxılır. Milli Məclisin sədri, müavinləri, eləcə də komitələrin sədrləri seçiləcək.
İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb. O deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub. İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan edib. Azərbaycan Respublikasının dövlət himni səslənib.

F. Heydərov bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir.

Sonra F.Heydərov beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.

***

F. Heydərov beşinci çağırış Milli Məclisin ilk iclasında çıxış üçün sözü prezident İlham Əliyevə verib. Dövlət başçısı beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söyləyib.