İlham Əliyev Türkiyəyə getdi

ilham-eliyev-turkiyeye-getdi
Oxunma sayı: 3211

Azərbaycan prezidenti Türkiyəyə səfər edib.

Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı İstanbulda 23-cü dünya energetika konqresində iştirak etmək üçün qardaş ölkəyə gedib.

Beynəlxalq Atatürk hava limanında İlham Əliyevi İstanbul qubernatoru Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Bu gün Azərbaycan prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir. Görüş şam yeməyi çərçivəsində baş tutacaq.