İlham Əliyev və xanımı Türkiyəyə getdi

ilham-eliyev-ve-xanimi-turkiyeye-getdi
Oxunma sayı: 4002

Azərbaycanın prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən sammitində iştirak etmək üçün noyabrın 14-də Türkiyə Respublikasına işgüzar səfərə gəliblər.

“Qafqazinfo” xəbər verir ki, Antalyanın beynəlxalq aeroportunda Azərbaycan prezidentini və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.