İlham Əliyevdən yeni sədr - Təyinatları

ilham-eliyevden-yeni-sedr-
Oxunma sayı: 8759

Azərbaycan Prezidenti İlham Əliyev Bakı və Şəki Apellyasiya Məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“1. İman Məmməd oğlu Nağıyev Bakı Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.

2. Mübariz Dosməmməd oğlu Əkbərov Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edilsin”.

***

Prezidentin digər sərəncamı ilə Vəli Əsgər oğlu Abdullayev Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri təyin edilib.