İlham Əliyevin namizədliyi irəli sürüldü - - Yenilənir

ilham-eliyevin-namizedliyi-ireli-suruldu-
Oxunma sayı: 3469


Bu gün YAP-ın qurultayı keçirilib. "Qafqazinfo" xəbər verir ki, qurultayda Azərbaycan prezidenti, YAP sədri İlham Əliyev iştirak edir. İndicə aldığımız məlumata görə, artıq "Buta Palace"da keçirilən qurultayda İlham Əliyevin bu il keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürülərək yekdilliklə dəstəklənib.

Qurultay həmçinin İlham Əliyevi yenidən YAP-a sədr seçilib. Hazırda YAP sədrinin müavinləri, digər rəsmi vəzifələrə seçkilər keçirilib.

YAP-ın sədr müavinləri bunlar seçilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə

Millət vəkili Əli Əhmədov 

"Qaçqınkom"un sədri Əli Həsənov

***
Qurultayda Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov çıxış edərək İlham Əliyevə uğurlar arzulayıb. Yəhudi əsilli deputat deyib ki, hamı İlham Əliyevi dəstəkləyir: "Bu siyasət davam etdirilməli. Azərbaycan xalqına diqqət və qayğı daha da artırılmalıdır".

Qurultayda həmçinin gənclərin təmsilçisi kimi bir xanım iştirakçı çıxış edərək deyib ki, gənclərin də seçimi İlham Əliyevdir. 

Daha sonra dövlət başçısı  çıxış edib. Prezident göstərilən qayğı və diqqətə görə, eyni zamanda Azərbaycan xalqına verdiyi böyük dəstəyə görə təşəkkürünü bildirib. İlham Əliyev bu siyasətin davam etdiriləcəyini diqqətə çatdırıb: "Həyata keçirilən bütün proqramların icrası davam etdiriləcək".