Yaxın saatlarda İsveçrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat katibi tvitter hesabında yazıb.
Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə ermənistanlı həmkarı ilə görüşmək üçün Azərbaycan prezidenti İlham Əliyev dünən İsveçrənin Bern şəhərinə yola düşmüşdü.
***
İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan prezident İlham Əliyev dekabrın 19-da əvvəlcə İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.
“Qafqazinfo”nun "AzərTac"a istinadən verdiyi məlumata görə, görüşdən sonra birgə foto çəkdirilib.
Daha sonra Azərbaycan prezident İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü olub.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər.







Son xəbərlər
Son Xəbərlər