“İlhamə məni hər zaman pislədi” - Brilliant

ilhame-meni-her-zaman-pisledi
Oxunma sayı: 8329

Müğənni Brilliant Dadaşova bir neçə gün əvvəl vəfat edən xalq artisti İlhamə Quliyeva haqda yazıb.

“Qafqazinfo” xəbər verir ki, B. Dadaşova İlhamənin hər zaman onu pislədiyini qeyd edib: “Əziz dostlar! Qəlbimiz hər zaman sevgi ilə dolsun. Sənəti gözəl olan İlhamə Quliyevaya Allahdan rəhmət diləyək. Mən onu hər zaman təriflədim. O məni hər zaman pislədi. Yalnız biz onun səsi ilə böyüdük. Uca Tanrı onu gözəl səsinə bağışlasın. Bəlkə də bu həyatda bəxti gətirmədiyinə görə belə idi. Allah heç olmasa, o dünyasını versin”.