“İlhamə Quliyevanı bağışladım...” - Elza+Video

ilhame-quliyevani-bagisladim
Oxunma sayı: 16507

Xəbər verdiyimiz kimi, xalq artisti İlhamə Quliyevayla vida mərasimi hazırda Rəşid Behbudov adına Mahnı Teatrında keçirilir. 

"Qafqazinfo"nun əməkdaşlarının verdiyi məlumata görə, mərasimə xalq artistinin yaxınları ilə bərabər küsülü olduğu müğənnilər də qatılıb. Belə ki, əməkdar artist Elza Seyidcahan primadonna ilə vidalaşmağa gələnlər sırasındadır.

O, jurnalistlətə açıqlamasında küsülü olduğu həmkarına halallıq verdiyini bildirib:

"İlhamə xanımın sənətdə çoxlu əziyyətləri olub, ruhu şad olsun. Mənə qarşı nə qədər anlaşılmaz hərəkətləri olsa da, hər zaman onun hörmətini saxlamışam. Heç nəyə baxmayaq öz kiçikliyimə hörmət, onun böyüklüyünə ehtiram edərək bu gün də bura gəldim. Ağ çiçəklər onun sevdiyi çiçəklər idi. “Ağ çiçəyim”ə bəstələdiyim musiqini bərabər ifa etmişdik. Buna görə də istədim ki, mənə etdiyi haqsızlıqlara qarşı ona hallalıq verim. O dünyada Allah onu mənim tərəfimdən sorğu-suala çəkməsin. Mən onu bağışladım".

Elvin Elxan

Fotolar: Nuran